ABŞ: “İran danışıqlarda xoş niyyət göstərməsə, başqa yollara üz tutacağıq”
Yusif Nəzərli
11:58 24.11.2021
Dünya
799
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransındakı açıqlamasında atom anlaşmasının bərpası ilə bağlı fürsətin həmişə olmayacağını vurğulayaraq deyib ki, əgər İran xoş niyyət və məsələ ilə bağlı şəffaflığının olmadığını öz hərəkəti və ya hərəkətsizliyi ilə göstərərsə, ABŞ başqa yollara üz tutmaq məcburiyyətində qalacaq”.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Prays qeyd edib:
“Bizim İranın atom məsələsi ilə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla digər müxtəlif variantlarımız var, ancaq onların ictimailəşdirilməsi məqsədəuyğun deyil”.
O, İranın yeni hökumətinin atom anlaşmasının bərpası ilə bağlı müzakirələrə hazırlıqlı olmasına və xoş niyyətlə qatılmasına, habelə danışıqların ötən altı mərhələsində əldə olunan nailiyyətləri artıracağına ümid etdiyini qeyd edib.
Ned Prays Ağ Evin tərəflərin öz öhdəliklərinə qayıtması üçün diplomatiyanı seçdiyini vurğulayaraq bildirib ki, atom anlaşması elə bir təminat yaradacaq ki, daimi və yoxlanıla bilən əsaslarla İranın atom silahı əldə etməsinin qarşısını almaq mümkün olacaq.
O həmçinin xatırladıb ki, ABŞ Prezidenti Co Bayden Avropaya səfəri çərçivəsində İranın atom proqram ilə bağlı narahatedici fəaliyyətlərlə əlaqədar anlaşmanın üzvü olan üç Avropa ölkəsi, habelə digər avropalı müttəfiqləri ilə müzakirələr aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya