ABŞ İrandakı hərbi əməliyyatlara 95 milyard dollar xərcləyib

ABŞ-nin İrandakı hərbi əməliyyat xərcləmələri 95,2 milyard dolları keçib.

Teleqraf xəbər verir ki, bu barədə "Iran War Cost Tracker"in hesablamalarında qeyd edilir.

Bildirilir ki, Pentaqonun ABŞ Konqresinə təqdim etdiyi sənədlərdə Yaxın Şərqdəki döyüşlərin ilk altı günündə 11,3 milyard dollar xərcləndiyi qeyd edilib. Münaqişənin hər sonrakı günündə daha 1 milyard dollar xərcləməyi planlaşdırdığı açıqlanıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayı. Tehran da daxil olmaqla İranın ən böyük şəhərləri hücuma məruz qalıb.