ABŞ-nin vitse-prezidenti: Putini mükafatlandırmaq niyyətimiz yoxdur

“Heç bir ABŞ Prezidenti Ukraynanın salamat qalması üçün Donald Tramp qədər iş görməyib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.

“Açığını desəm, Ukraynanın Rusiya işğalından salamat çıxması üçün Donald Trampdan daha çox iş görən prezident olmayıb. Vaxtilə özü də demişdi ki, “Obama Ukraynaya yorğan-döşək, mən isə “Javelin”lər verdim”. Məhz həmin “Javelin”lər Ukraynanın bu günə qədər öz ərazi suverenliyini qoruyub saxlamasını təmin edib”, - o vuruğulayıb.

Vensin sözlərinə görə, Tramp ABŞ-nin maraqlarına yönəlmiş siyasət yürütmək istəyir və bura Rusiya Prezidenti Vladimir Putini mükafatlandırmaq və ya avropalı müttəfiqləri cəzalandırmaq daxil deyil.

“Xarici siyasətimizin məqsədi Avropanın müstəqilliyinin və suverenliyinin təşviqidir. Biz istəyirik ki, Avropa öz ərazi bütövlüyü üçün daha çox məsuliyyət daşısın, bunu geniş miqyasda etsin”.