ABŞ Prezidenti: Bəlkə İran da İbrahim razılaşmasına qoşulmaq istəyər

ABŞ Prezidenti İranın İsraillə əlaqələrin qurulmasını nəzərdə tutan İbrahim razılaşmasına qoşulması ehtimalını istisna etməyib.

ABA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp paylaşımnda bildirib.

“ABŞ tarixində bağlanmış ən pis sazişlərdən biri Barak Obama və onun administrasiyası tərəfindən imzalanan İranla nüvə razılaşması olub. Bu, İranın nüvə silahı hazırlamasına aparan birbaşa yol idi. Hazırda Tramp Administrasiyası tərəfindən İranla barəsində danışıqları aparılan razılaşma isə belə deyil, tam əksidir. Danışıqlar konstruktiv şəkildə davam edir və mən nümayəndələrimə tələsməməyi tapşırmışam, çünki vaxt bizim tərəfimizdədir. Razılaşma əldə olunana, təsdiqlənənə və imzalanana qədər İrana qarşı dəniz blokadası tam qüvvədə qalacaq. Hər iki tərəf tələsməməli və hər şey düzgün edilməlidir. Heç bir səhvə yol verilə bilməz! İranla münasibətlərimiz daha peşəkar və məhsuldar xarakter almağa başlayır. Bununla belə, onlar anlamalıdırlar ki, nüvə silahı hazırlaya və ya əldə edə bilməzlər. Bu günə qədər dəstək və əməkdaşlığa görə Yaxın Şərqin bütün ölkələrinə təşəkkür etmək istərdim. Bu əməkdaşlıq tarixi İbrahim razılaşmasına qoşulmaqla daha da güclənəcək. Kim bilir, bəlkə İran İslam Respublikası da İbrahim razılaşmasına qoşulmaq istəyər”, - deyə Donalıd Tramp qeyd edib.