Afrikanın Çindən maliyyə asılılığı artır
Fidan Həmişəyeva
09:36 29.04.2021
Dünya
686
Çinin Afrika qitəsinə marağı artıb. Pekin Afrika ölkələrinə milyardlarla dollar yatırım qoymaqdan çəkinmir. Ancaq bu yatırımlar qarşılıqsız deyil. Misal üçün Nigeriyanın iqtisadi ekspertləri ölkənin Çinə olan borcunun artması ilə bağlı narahatlıqlarını bildirərək bunun iqtisadi köləlik halına gəldiyini vurğulayırlar.
Mütəxəssislər və qeyri-hökumət təşkilatı olan “Transforming Uplifting and Reforming Nigeria” (TURN) Çindən alınan kreditlərin çox baha başa gəldiyinə və həmin maliyyə ilə ehtiyatlı davranması vacibliyinə inanırlar. TURN prezidenti hökumətin aldığı borcların vətəndaşların və ya doğmamış nəslin gələcəyini ipoteka altına alınmamasına dair xəbərdarlıq edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a Nigeriya hökuməti borcun risklərini və faydalarını qiymətləndirmək üçün özəl sektordan mütəxəssisləri cəlb etmək və alınan kreditlərin ölkəyə həqiqətən xeyir verməsi üçün bütün lazımi addımları atmalı olduğu qənaətinə gəlib:
“Nigeriyanın xarici borcu getdikcə artır. Nigeriya əsasən beynəlxalq maliyyə qurumlarına borcludur. Nigeriya son illərdə Çindən də güzəştli kreditlər cəlb etməyə başlayıb. Bu kreditlərin həcmi isə getdikcə artır. Bu borc Nigeriyada getdikcə narahatlıq doğurur. Ona görə də Nigeriyada mövcud vəziyyəti “iqtisadi köləlik” kimi qiymətləndirirlər.
Çindən kredit alan Afrika ölkələri arasında Zambiya da var.
Noyabr ayında istiqraz sahiblərinə ödənişlərdə borcunu ödəməyən Zambiya ən böyük mis mədənlərindən birini milliləşdirməyə qərar verib. Zambiya bir vaxtlar bölgənin ən çox sərmayə cəlb edən ölkələrindən idi. Zambiya son dövrlər infrastruktur çalışmaları üçün aldığı borcun miqyasını artırıb. Sonda bu Zambiyanı defolt vəziyyətinə gətirib çıxarıb. Zambiyanın Çinə 12 milyard dollar borcu var.
Əsas sual budur: Çin Zambiyaya niyə bur qədər kredit verib? Axı Pekində bilməmiş deyildilər ki, kasıb Afrika Respublikasının borcu qaytarmaq imkanı yoxdur”.
E.Şahinoğlu qeyd edib ki, Çin ona borcunu ödəyə bilməyən Zambiyanın enerji və nəqliyyat strukturunu ələ keçirməyə başlayıb:
“Bundan başqa Çin Zambiyanın zəngin yeraltı resurslarını da ələ keçirmək imkanı qazanıb. Zambiya isə almazıyla zəngindir.
Afrika ölkələrinin, o cümlədən Zambiyanın Çindən artan maliyyə asılılığı Beynəlxalq Valyuta Fondunu narahat edir. Zambiya hər il borclarının fazilərini ödəmək üçün milyardlarla dollar xərcləyir. Yəni, Zambiya qazandığından və ya qazana biləcəyindən dəfələrlə çox borc götürür və sonra bunun altından çıxa bilmir. Bu isə Zambiya iqtisadiyyatını dərin böhrana sürükləyir.
Mövcud durum Çini narahat etmir, əksinə Pekin Zambiya kimi ölkələrə borc verməkdə davam edir. Heç bir imkanlı dövlət kasıb dövlətə milyardlarla dollar kredit verməz. Çünki bilirlər ki, həmin dövlətin borcu qaytarmaq resursu yoxdur. Bircə Çin borc verməkdən çəkinmir. Bu siyasətə “borc diplomatiyası” adı verilib. Çin borc verir və sonra borcun əvəzinə həmin ölkələrin infrastrukturlarını ələ keçirir. Bəzi dövlətlər buna etiraz edir, digərləri isə bu “sövdələşməyə” məcbur qalırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm