
“Amerika Çin və Rusiyanı özü üçün ən təhlükəli rəqib görür”
Yusif Nəzərli
14:32 10.11.2021
Dünya
590
“İki qlobal güc mərkəzlərinin birlikdə olması ABŞ-a müəyyən təhdid yaradır"
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Cozef Bayden 2022-ci ilin əvvəlində təkbətək görüşə bilər.
Məlumatda qeyd edilir ki, iki lider 2021-ci ilin sonuna kimi videokonfrans formatında danışıq aparacaqlar, 2022-ci ildə isə şəxsən görəcəklər.
Danışıqlar gündəliyinin genişlənəcəyi güman edilir.Prezidentlər ötən ilin iyununda Cenevrədə keçirilən sammitdə əldə olunmuş razılaşmaların icrasını müzakirə edəcəklər.

Görüşü "Sherg.az"a şərh edən politoloq Natiq Miri bildirib ki, C.Bayden hakimiyyətə gələndən sonra Rusiya - ABŞ münasibətləri gərgin müstəviyə keçib:
"Hərbi güc mərkəzi olan NATO-nun strategiyası qəbul olunub. Bu strateji planlarda rəqib kimi Çin və Rusiya göstərilib. Ona görə də ABŞ-ın əsas hədəfi Rusiya ilə proqnozlaşdırıla biləcək stabil münasibətlər sistemi qurmaqdan ibarətdir.
Rusiyayla münasibətlərin normal olması, müəyyən mənada cəzbedici təkliflərin verilməsi, isti münasibətlərin qurulması prespektivində onu Çindən uzaqlaşdıra bilər.
Çünki Amerika Çinlə Rusiyanı özü üçün ən təhlükəli rəqib görür. İki qlobal güc mərkəzlərinin birlikdə olması ABŞ-a müəyyən təhdid və təhlükələr yaradır".
Politoloq məlum görüşdə toxunulacaq məsələlərdən danışıb:
"Kiberhücumlardan tutmuş, nüvə daşıyıcı ballistik raketlərin məhdudlaşdırılmasına kimi məsələlər görüşün müzakirə predmeti olacaq. Amerika- Rusiya münasibətləri, Suriya məsələsi, NATO ilə Rusiya arasında gərginlik predmeti olan Ukrayna mövzusu da müzakirə mövzusuna çevriləcək. ABŞ bəzi istiqamətlərdə Rusiyaya güzəştə getməklə onu Çindən uzaqlaşdırmaq cəhdi göstərə bilər.
Konkret hansı nəticələrin olacağını indidən demək mümkün deyil. Dünyada hadisələr o qədər surətlə gedir ki, sabah Rusiya ilə ABŞ arasında münasibətlərin necə davam edəcəyi barədə fikir yürütmək belə çox çətindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual