Avropa Komissiyası Rusiyaya qarşı onuncu sanksiyalar paketini təqdim etdi
Yusif Nəzərli
04:13 16.02.2023
Dünya
615
Avropa Komissiyası Ukraynaya qarşı təcavüzkar müharibə ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların onuncu paketini üzv dövlətlərin təsdiq etməsi məqsədilə rəsmən açıqlayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin təkcə döyüş meydanında amansız müharibə aparmır, həm də mülki şəxslərə hücum edir, ona görə də bunun əvəzini ödəməlidir.
“Biz Rusiya iqtisadiyyatını kritik texnologiyalardan və istehsal olunan məhsullardan məhrum etmək üçün 11 milyard avrodan artıq əlavə ixrac qadağalarını təklif edirik”, - deyə o, bildirib.
Yeni paketdə Aİ, ilk növbədə Rusiyanın ehtiyac duyduğu, lakin Çin kimi digər ölkələrdən ala bilmədiyi bir çox istehsal məhsullarını hədəfləyir. Bunlara elektronika, ixtisaslaşdırılmış avtomobillər, maşın və mühərrik hissələri, yük və reaktiv mühərrik hissələri, habelə tikinti sektoru üçün Rusiya ordusunun istifadə edə biləcəyi antenalar və ya kranlar kimi məhsullar daxildir.
“Biz ikili təyinatlı malların və qabaqcıl texnologiyaların ixracını məhdudlaşdırmağa davam edəcəyik. Rusiya silah sistemlərində istifadə oluna bilən 47 komponentə, o cümlədən pilotsuz təyyarələr, raketlər, helikopterlər üzrə ixrac nəzarətini təklif edirik”, - Avropa Komissiyasının sədri bəyan edib.
Bundan əlavə, Aİ tarixdə ilk dəfə olaraq Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi üçüncü ölkələrin strukturlarını “qara siyahı”ya əlavə etmək qərarına gəlib.
Bundan əlavə, Aİ Rusiyanın siyasi və hərbi liderləri ilə yanaşı, rejimin təbliğatçılarının da sanksiya siyahısına daxil edilməsini təklif edir. Söhbət 100-dən çox yeni addan gedir.
Həmçinin, Avropa Birliyi də sanksiyalardan yayınmanın qarşısını almaq üçün yeni tədbirlər tətbiq edir.
“Biz sanksiyalardan qaçmaq üçün aktivlərini gizlətməyə və ya satmağa çalışan oliqarxları izləyəcəyik. Üzv dövlətlərlə birlikdə Rusiya Mərkəzi Bankının Aİ-də saxladığı bütün dondurulmuş aktivlərinin icmalını yaradacağıq. Onların harada yerləşdiyini bilməliyik. Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün Rusiyanın dövlət aktivlərindən mümkün istifadəni nəzərə alsaq, bu, çox vacibdir”, - deyə fon der Lyayen vurğulayıb.
O, üzv dövlətləri bu yeni sanksiyalar paketini tez bir zamanda qəbul etməyə çağırıb.
Mənbə: rbc.ua
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə