
Avropa liderləri narahatdır: Tramp öz fikirlərini Maskın dili ilə səsləndirir
13:53 07.01.2025
Dünya
695
Milyarder İlon Maskın ABŞ-dən başqa digər ölkələrin siyasi məsələlərinə qarışması narahatlıq doğurur.
Bunu Norveç Baş naziri Yonas Qar Stere deyib.
“Sosial mediaya geniş çıxışı və böyük iqtisadi resursları olan bir insanın başqa ölkələrin daxili işlərinə bu qədər, birbaşa qarışması məni narahat edir”, - hökumət başçısı bildirib.
Müttəfiqlər arasında münasibətlərin belə olmaması lazım olduğunu qeyd edən Stere Maskın ölkəsi ilə bağlı şərh verəcəyi təqdirdə Norveç siyasətçilərinin sağlam düşüncə ilə davranacaqları və mübahisələrdən uzaq duracaqlarına ümid etdiyini vurğulayıb.
Son zamanlar Mask bəzi avropalı siyasətçiləri hədəf alan paylaşımlar edir.
Amerikalı milyarder bundan əvvəl X-də radikal sağçı “Almaniya üçün Alternativ” (AfD) Partiyasını tərifləyib:
“Almaniyanı yalnız AfD xilas edə bilər”.
Mask paylaşımında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer üçün bu ifadələri işlədib: “Ştaynmayer antidemokratik tirandır. Ayıb olsun ona”.
Maskın bu sözləri Avropada, xüsusən də Almaniyada böyük əks-səda doğurub.
İlon Mask həmçinin iddia edib ki, Böyük Britaniya Baş naziri Keyr Starmer baş prokuror vəzifəsində çalışarkən uşaqlara qarşı zorakılıq edən dəstələri lazımi səviyyədə cəzalandırmayıb.
Britaniya lideri isə milyarderi yalan və dezinformasiya yaymaqda ittiham edib.
Politoloq Elşad Mirbəşiroğlu "Sherg.az"a bildirib ki, İlon Mask özünün sahibi olduğu "X" sosial şəbəkəsi üzərindən Avropanın bir sıra liderini sərt tənqid edir:

"Böyük Britaniyanın və Norveçin Baş naziri, Almaniyanın Federal kansleri Maskın hədəfindədir. Hətta Avropa ölkələrinin Prezidentləri onun bu davranışlarından ciddi narahatlıq keçirdiklərini aşkar bildirirlər. Həmçinin açıq mətnlə ifadə edirlər ki, Mask sosial şəbəkələr üzərindən çox geniş təsir imkanlarına sahibdir. Onun bu cür hərəkətləri artıq başqa ölkələrin daxili işlərinə qarışmaq deməkdir. Hətta Norveçin Baş naziri çağırış edir ki, siyasətçilər Maskla danışıqlardan çəkinəcəklər. Ayrıca Almaniyanın Federal kansleri çox ciddi narahatlıqlarını ifadə edib və sərt cavablar verib. İlon Mask onu təhqir edib və "Almaniya üçün alternativ" partiyasının bu ölkənin yeganə xilaskarı olduğunu bildirib. Həmçinin Almaniyanın Prezidentinini antidemokratik tiran adlandırıb".
Politoloqun fikrincə, bütün bunlar ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Maskın dili ilə səsləndirilmiş fikirlərdir:
"Avropa liderləri əsasən demokratları dəstəkləyirlər. Onlar hesab edirdilər ki, ABŞ-dakı seçkilərdə də demokratlar qalib gələcək. Eyni zamanda Trampın seçki öncəsi səsləndirdiyi fikirləri Avropa liderləri birmənalı qarşılamırdı. Onun hakimiyyətə gəldiyi mərhələdə Maskın "X" sosial şəbəkəsi üzərindən qeyd olunan mövqeləri ABŞ-ın gələcəkdə bir sıra Avropa ölkələri ilə bağlı siyasətinin konturlarının göstəricisidir. Üstəlik, Tramp Rusiya Prezidenti Vladimir Putinlə dialoq kursunu götürəcək. Digər tərəfdən İlon Maskın "Almaniya üçün alternativ" partiyasını dəstəkləməsi bütövlükdə gələcəkdə ABŞ-ın Rusiya ilə ünsiyyət qurmağa meyilli olmasını bəlli edir. Çünki bu partiya Rusiya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Ümumiyyətlə bu gün Maskın müdafiə etdiyi respublikaçıların hakimiyyətdə olması ABŞ-ın bundan sonrakı mərhələdə icra edəcəklərini nümayiş etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya