Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, gələcəkdə Avropanın təhlükəsizlik arxitekturası Rusiya ilə birlikdə müzakirə olunmalıdır. Onun sözlərinə görə, Avropa artıq Moskva ilə dialoqun vacibliyini anlamağa başlayıb.
Sherg.az-ın məlumatına görə, Peskov həmçinin vurğulayıb ki, Vladimir Putin Avropa ilə danışıqlara açıqdır. Avropa İttifaqının mümkün vasitəçiləri arasında Angela Merkel, Jan-Klod Yunker və Mario Draqinin də adları hallanır.