Baydeni də Trampın aqibəti gözləyir
Yusif Nəzərli
21:20 23.11.2021
Dünya
590
Onun növbəti dövrə prezident seçilmək şansı real görünmür
“İndiki vəziyyətdə ABŞ-da prezident seçkilərinin keçirilməsi və həmin seçkilərdə kimin qalib gəlməsi məsələsi çox qapalı məsələdir”.
Bunu “Şərq”ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib. Analitik bildirib ki, son zamanlar ABŞ-ın özü iqtisadi baxımdan çox çətin vəziyyətdədir:
“ABŞ-ın iqtisadiyyatında geriləmələr artır və bu təbii ki, dövlət idarəetməsinə ciddi təsir edir. Hesab edirəm ki, Co Baydenin nüfuzunun aşağı düşməsində də əsas səbəb məhz bu faktorlardır. Digər tərəfdən isə burada qlobal miqyaslı, ölkədaxili, şəxsi prinsiplərə söykənən faktorlar da var. Qlobal miqyasdakı faktora pandemiyanın ABŞ-a vurduğu ziyanı və bu ziyan nəticəsində iqtisadiyyatda geriləmə tempinin artmasını göstərmək olar. Digər tərəfdən də ortada Donald Tramp faktoru var. Tramp hələ də hakimiyyətdən əl çəkmək niyyətində deyil və yenidən elan edib ki, üzümüzə gələn seçkilərdə yenidən qatılacaq. Görünür ki, Trampın hələ də revanş istəkləri qalmaqdadır”.
S.Hümbətov əlavə edib ki, burada regional məsələlər də xüsusi önəm daşıyır: “Xüsusilə də onu qeyd etmək lazımdır ki, son dövrlər ABŞ-ın Şərqi Avropada Ukrayna məsələsi ilə bağlı Rusiyayla qarşı-qarşıya gəlməsi, digər tərəfdən Əfqanıstandan qoşunu tələm-tələsik çıxartması, Çinlə Cənub Şərqi Asiyada və xüsusən də Cənub Çin dənizində başabaş gəlməsi, Tayvan məsələsində hələ də Çinlə bacara bilməməsi Baydenin siyasi reytinqini aşağı salan əsas amillərdən hesab olunur. Bir şeyi də yaddan çıxartmaq olmaz ki, Bayden artıq 50 ilə yaxındır ki, siyasətdədir və Amerika idarəetmə sistemi digər ölkələrə nisbətən fərqlidir. Orada şəxslərin prezident olaraq rolunun o dərəcədə güclü olduğu görünmür. Orada idarəetmə əsasən sistem üzərində cəmləşib, yəni dövlət idarəetmə sistemi var və həmin sistem əsasında dövlət idarə olunur. Şəxslər önəmli deyil, orada Tramp oldu, Bayden oldu və yaxud da ki, başqaları oldu. Onun heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyəti odur ki, idarəetmə hansısa bir şəxslə qurulmuş sistem əsasında aparılır. Hesab edirəm ki, qarşıdakı dörd il də Bayden istəyəcək ki, yenidən seçilsin. Amma bu templə davam eləsə, Baydenin seçilmə şansı o qədər də real görünmür. Necə ki, Tramp bir dönəm oldu və ikinci dönəm seçilə bilmədi. Görünür ki, Baydeni də bu aqibət gözləyir. Çünki Bayden xarici siyasətdə çox boşluqlar yaratdı və bu boşluqların nəticəsini Amerika ümumilikdə görür. Ona görə də hesab edirəm ki, baş verən proseslər Baydenin seçki platformasına təsirsiz ötüşməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya