Bil Qeyts konqresmenlərə Epşteynlə əlaqələrindən danışacaq

ABŞ konqresmenləri amerikalı iş adamı Bill Qeytsdən həbsxanada intihar edən və azyaşlı qızların istismarında ittiham olunan Cefri Epşteynlə əlaqələri barədə izahat almağı planlaşdırırlar.

Teleqraf xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin sədri Ceyms Komer bildirib.

Onun sözlərinə görə, komitə üzvləri Qeytsin Ceffri Epşteyn və onun yaxın əməkdaşı Gisleyn Maksvell ilə münasibətləri barədə məlumat əldə etmək istəyirlər.

Komer qeyd edib ki, yaxın saatlarda komitə üzvləri ilə Bill Qeyts arasında qapalı görüş keçiriləcək. Görüş zamanı iş adamına Epşteynlə yazışmaları və onun fəaliyyəti barədə məlumatlı olub-olmaması ilə bağlı suallar ünvanlanacaq.

Komitə sədri vurğulayıb ki, hazırda heç kim Bill Qeytsi hər hansı qanun pozuntusunda ittiham etmir və onun könüllü şəkildə görüşə razılıq verməsini yüksək qiymətləndirir.