Çin XİN-i Çin-Rusiya münasibətlərində yeni mərhələnin başlandığını bəyan edib

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı əsas mövqeləri razılaşdırıblar. Sherg.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun məlumat verib.

Diplomat brifinq zamanı bildirib:

“Rusiya Prezidenti Putinin Çinə səfəri çərçivəsində Sədr Si Cinpin onunla ətraflı, səmimi və məhsuldar danışıqlar aparıb. Hər iki ölkənin lideri yeni dövrdə Çin-Rusiya hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafına dair yeni mühüm razılığa gəlib”.

Qo Tsyakunun sözlərinə görə, iki dövlət başçısının ümumi strateji rəhbərliyi altında Çin və Rusiya arasındakı münasibətlər “yeni inkişaf mərhələsinə qədəm qoyub”.