Ərdoğan Misirə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəs sazişinin imzalanması ilə bağlı keçirilən "Sülh Sammiti"ndə iştirak etmək üçün Misirə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "TRT-Haber" məlumat yayıb.
Xatırladaq ki, Misirdə keçiriləcək "Sülh Sammiti"ndə 20-dən çox ölkənin lideri iştirak edəcək.