Ərdoğan Putin və Zelenski ilə aparılan danışıqlardan bəhs edib
Yusif Nəzərli
18:09 24.03.2022
Dünya
671
“Münaqişələr nə qədər uzun olsa, müharibə hər iki tərəf üçün o qədər dağıdıcı olur. Türkiyə 2014-cü ildən bu günə kimi birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir".
“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra deyib.
Rusiya və Ukrayna arasındakı müharibənin qısa zamanda dayandırılması üçün hər iki ölkənin lideri ilə əlaqə saxlayırıq. Bundan sonra da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarımızı davam etdirəcəyik. Bütün səylərimiz sülh atmosferi yaratmaq üçün bu iki lideri bir araya gətirməkdən ibarətdir.
Hər iki liderlə təmaslarımız davam edəcək. Bizim siyasətimiz həmişə sülh siyasəti olub. Danışıqları asanlaşdırmaq üçün bir çox addımlar atmışıq. Bu prosesdə konstruktivliyə diqqət yetiririk. Ukraynanın suverenliyi və müstəqilliyi əsas prioritet olmalıdır. Danışıqlarda bəzi irəliləyişlərin əldə olunmasına ehtiyatla yanaşırıq”, - Ərdoğan bildirib.
Türkiyə Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olacağına ümid edir.
“Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətlərdən Qara dənizdəki gərginliyi azaltmaq üçün istifadə edirik. Biz 63 mindən çox insanın, o cümlədən ukraynalıların münaqişə zonasını tərk etməsinə kömək etdik. Türkiyəyə daxil olan ukraynalıların sayı 60 min nəfərə çatıb”, - Ərdoğan əlavə edib.
Türkiyə lideri deyib ki, NATO Ukraynaya dəstək üçün real addımlar atmalıdır. Onun sözlərinə görə, NATO-nun yenidən birlik mesajı verməsi əlamətdardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm