Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun sonunda ABŞ lideri Donald Trampla görüşə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Nəşr qeyd edir ki, Türkiyə lideri iyunun 25-də Kaliforniyanın İnqlvud şəhərində keçiriləcək ABŞ-Türkiyə milli komandalarının 2026-cı il Dünya Kuboku matçına qatılmaq niyyətindədir. Ərdoğan elə həmin səfərdə də ABŞ prezidenti ilə görüşmək istəyir.
Bildirilir ki, tərəflər görüşdə ikitərəfli və regional məsələləri, eləcə də 7-8 iyul tarixlərində Ankarada keçiriləcək Şimali Atlantika Alyansı sammitinə hazırlıq prosesini müzakirə edə bilər. Görüşün harda keçiriləcəyi ilə bağlı məlumat verilməyib.
Xatırladaq ki, liderlər sonuncu dəfə ötən ilin sentyabr ayında görüşüblər.