Hakim partiya: Gürcü xalqı heç bir sanksiya bahasına ölkənin ukraynalaşdırılmasına imkan verməyəcək
08:28 08.01.2025
Dünya
425
Gürcü xalqı heç bir sanksiyalar bahasına Gürcüstanın ukraynalaşdırılmasına imkan verməyəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Siyasi Şurasının bəyanatında belə qeyd olunub.
"Gürcüstan bu vaxta qədər böyük səylər və barışmaz mübarizə nəticəsində Ukrayna ssenarisindən qurtula bilsə də, sülh uğrunda mübarizə davam edir və bu mübarizə sona çatdırılacaq. Nə qədər ki, Ukraynada birinci cəbhə var, ikinci cəbhənin Gürcüstanda açılması marağı həmişə olacaq. Qlobal Müharibə Partiyasının sifarişi və “Dərin Dövlət”in əli ilə konkret dövlətlərin gürcü siyasətçi və məmurlarına qarşı tətbiq etdiyi sanksiyalar da bununla bağlıdır. Gürcü xalqı sağ qalmaq və Gürcüstanın ukraynalaşmasının qarşısını almaq üçün sona qədər mübarizə aparmalıdır”.
Bəyanatda Avropa İttifaqı bürokratiyasının öz dəyərinə sadiqlinin bu gün ən pis vəziyyətdə olduğu qeyd olunub.
“Maraqlıdır ki, Gürcüstana qarşı sanksiyaları əvvəlcə Ukrayna hakimiyyətinə tətbiq etdirdilər və onların yüksək vəzifəli şəxsləri Gürcüstan hakimiyyətini açıq şəkildə ikinci cəbhə açmağa çağırıblar. Bunun ardınca suverenliklərini praktiki olaraq itirmiş və tamamilə “Dərin Dövlət”in diktəsi ilə hərəkət etməli olan Baltikyanı ölkələrin sanksiyaları gəldi. O zaman bağlı qapılar arxasında səslənən tələblər və təhdidlər nəhayət ictimai forma aldı. “Ya döyüşəcəksən, ya da səni cəzalandıracağıq” - bu, Gürcüstan və gürcü xalqının Qlobal Müharibə Partiyasından aldığı sadə mesajdır”.
Bəyanatda sanksiyaların Gürcüstanı “dağıdıcı müharibəyə qoşulmağa məcbur edə bilməyəcəyi” qeyd edilib.
“Heç kim gürcü xalqını heç bir sanksiya ilə qorxuda bilməz, çünki ictimaiyyət yaxşı başa düşür ki, heç bir sanksiya ölkənin məhv edilməsi ilə müqayisə oluna bilməz. Ona görə də heç kim Gürcüstan hökumətini hansısa sanksiyalar bahasına ölkəni dağıdıcı müharibəyə qurban verməyə məcbur edə bilməz. Gürcü xalqı heç bir sanksiyalar bahasına Gürcüstanın ukraynalaşdırılmasına imkan verməyəcək” - “Gürcü Arzusu” Siyasi Şurasının bəyanatında deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya