İran ABŞ və İsraillə müharibə zamanı yüz milyardlarla dollar zərər çəkib, ona görə də təzminat məsələsi birinci yerdədir.
Teleqraf xəbər verir ki, bunu İslam Respublikası Məclisinin (parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar dəymiş ziyanı kompensasiya etməlidir.
Deputat bildirib ki, İrana zərbə endirmək üçün ərazilərini baza kimi təmin edən Yaxın Şərq ölkələri də itkilərin ödənilməsində iştirak etməlidirlər.