İran danışıqlar qrupuna yaxın mənbə CNN-in Tehran və Vaşinqton arasında danışıqların bərpa olunduğuna dair iddialarını təkzib edib.
Teleqraf xəbər verir ki, adı açıqlanmayan mənbə İranın danışıqlar prosesindəki mövqeyini qoruduğunu və prinsiplərinə sadiq qaldığını bildirib.
İran tərəfi hesab edir ki, ABŞ danışıqlar üçün təqdim olunan mətnin əsas çərçivəsini qəbul etməyə məcbur olacaq.
İrana qarşı təzyiqin artmasının əsas səbəbi də məhz Tehranın öz prinsiplərindən geri çəkilməməsi ilə əlaqələndirilir.
Bildirilir ki, İranın təklif etdiyi mətn hələlik amerikalılar tərəfindən tam təsdiqlənməyib.