İrəvanın Aİ xülyası: Ermənistan da antirusiya sanksiyalarına qoşulmalı olacaq
13:28 09.01.2025
Dünya
643
Ermənistanın Avropa İttifaqına daxil olması onun suveren hüququdur, lakin iki müxtəlif təşkilatın üzvü olmaq mümkün deyil. Bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan hökumətinin ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləməsinə münasibət bildirərkən deyib. Kremlin rəsmi nümayəndəsi Moskvanın mövqeyini açıqlayaraq söyləyib ki, u Aİ-yə üzvlük nə deməkdir? Bunu indidən söyləmək çətindir, çünki əlbəttə ki, iki fərqli təşkilatın üzvü olmaq, hipotetik desək, mümkün deyil. Əlbəttə, bu, Ermənistanın suveren hüququdur. Biz bilirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlük faydalıdır. Kreml sözçüsü əlavə edib ki, Avropa İttifaqı birliyə üzvlük proseslərinə müstəqil şəkildə təşəbbüs göstərir, ona görə də Ermənistanın Aİ-yə daxil olmaq təşəbbüsünə Brüsselin reaksiyasını gözləmək lazımdır. Kreml nümayəndəsi qeyd edib ki, bilirik ki, üzvlük proseslərinin təşəbbüskarı Avropa İttifaqıdır. Burada Avropa İttifaqının bu məsələdə hansı mövqedə olduğunu anlamaq lazımdır. Peskov uzun illərdir ki, Aİ-yə üzvlük istiqamətində oriyentasiyasını qoruyub saxlayan, lakin “Brüsseldən çox da qarşılıqlı münasibətlə qarşılaşmayan” Türkiyənin taleyini də xatırladıb. Qeyd edək ki, Ermənistan hökuməti bu gün ölkənin Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.
Politoloq İlqar Vəlizadə “Sherg.az”a söyləyib ki, Ermənistan bu prosesin başlanğıcındadır və proses uzana bilər:
“Tarix də göstərir ki, digər ölkələr də Avropa İttifaqına üzv olmaq üçün bir neçə mərhələdən keçiblər. Ona görə də sözügedən hadisə illərin prosesidir. Ermənistan Avropa Birliyinə seçilmək üçün Avrasiya İttifaqından çıxmalıdır. Yəqin ki, fəaliyyətini doldurduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da çıxmalı olacaq. Eyni zamanda Rusiya ilə ticarət əlaqələrini dəyişdirməli və bir çox tələbləri yerinə yetirməlidir. Məsələn, Avropa İttifaqın antirusiya sanksiyalarına qoşulub və Ermənistan da prosesə qatılmalıdır. Yəni Ermənistanın Aİ-yə üzv olması üçün hansı mərhələlərdən keçməsini və hansı nəticələrin əldə olunmasını zaman göstərəcək. Artıq Ermənistanın Qərbə inteqrasiya yolunu seçdiyi göz önündədir. Nikol Paşinyanın hakimiyyəti dövründə bu proses davam etdiriləcək. Lakin Ermənistanda rusiyapərəst müxalifət hakimiyyətə gələrək prosesi dayandırmağa çalışacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya