İsrail ordusu Qəzzada razılaşdırılmış mövqelərə geri çəkilib, atəşkəs qüvvəyə minib- YENİLƏNİB

İsrail ordusu Qəzzada təyin olunan mövqelərə geri çəkilmək prosesini tamamlayıb.
APA bu barədə İsrail mediasına istinadən xəbər verir.
Atəşkəs qüvvəyə minib.
İsrail-HAMAS əsir mübadiləsi isə 72 saat ərzində baş tutacaq.

***
İsrail ordusu günortaya qədər Qəzzadan geri çəkilmək prosesini tamamlamağı düşünür.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

***

10:43

İsrail ordusunu Qəzzadan çıxarmağa başlayıb.

APA xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd edək ki, İsrail hökumətinin Qəzzada atəşkəs planını təsdiqləməsindən sonra atəşkəs rejimi qüvvəyə minib.