İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi

Livanın cənubundakı Nəbatiyyə şəhərinin sakinləri İsrailin “Hizbullah” hərəkatının hərbi infrastrukturuna qarşı həyata keçirdiyi əməliyyatlar fonunda yenidən təxliyə çağırışları alıblar.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçüsü Aviçay Adrae "X" sosial şəbəkəsində paylaşım edib.

O, Livan vətəndaşlarını təhlükəli əraziləri tərk etməyə və daha təhlükəsiz bölgələrə üz tutmağa çağırıb.

“İsrail Müdafiə Qüvvələri "Hizbullah"a qarşı genişmiqyaslı əməliyyatlar aparır. Təhlükəsizliyiniz naminə sizi bir daha dərhal təxliyə olunmağa və Zəhrani çayının şimal sahilinə keçməyə çağırırıq”, – bəyanatda qeyd olunub.