
İstanbulda danışıq var, sülh yoxdur: Rusiya - Ukrayna arasında uçurum dərinləşir
Yusif Nəzərli
04:09 24.07.2025
Dünya
314
Zaur Məmmədov: “Rusiya və Ukraynanın sülhə baxışı fərqlidir – barış üçün böyük razılaşma lazımdır"
"Birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun asan olacağı gözlənilmir, bu, çox çətin söhbət olacaq". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kremlin nümayəndəsi bildirib ki, nəticə barədə danışmaq üçün Moskva danışıqların necə getdiyini görməlidir: "Təbii ki, heç kim belə "asan yol" gözləmir. Memorandumların layihələri diametral şəkildə əksdir". Qeyd edək ki, 12 nəfərdən 14 nəfərə qədər genişləndirilən Ukrayna nümayəndə heyətinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov başçılıq edir. Heyətin tərkibində həmçinin Xarici İşlər Nazirliyinin, Prezident Ofisinin, Ukrayna Silahlı Qüvvələrinin, Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin nümayəndələri də var. Rusiya tərəfini isə Prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Rusiya və Ukrayna arasında son vaxtlar vasitəçilərin cəlb edilməsi ilə sülh müzakirələrinin yenidən canlandırılması təşəbbüsləri gündəmdədir. İstanbuldakı görüş iki ölkə arasında uzun fasilədən sonra təşkil olunan nadir diplomatik təmaslardan biri kimi qiymətləndirilir. Bildirilir ki, Rusiya tərəfi ilə danışıqlar zamanı onlar İstanbulda Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin mümkün görüşünü müzakirə etməyi planlaşdırırlar.
Politoloq Zaur Məmmədov Sherg.az-a deyib ki, Rusiya və Ukrayna danışıqlarında ancaq humanitar məsələlərin həllində irəliləyişdən söhbət gedir. Ekspert vurğulayıb ki, İstanbul görüşlərində adətən hərbi əsir və girovların dəyişdirilməsi kimi məsələlər müzakirə olunur:

"Bundan əvvəlki İstanbul görüşlərinin nəticələri də təxminən eynidir. Ancaq ümumən, tərəflərin masa arxasında müzakirəsi önəmlidir. Təbii ki, əsas gözlənti siyasi məsələlərin müzakirəsi və müharibənin dayanmasıdır. Lakin İstanbul danışıqlarında bu məsələnin müzakirə predmeti olacağı ilə bağlı nə Moskvadan, nə də Kiyevdən açıqlamalar var. Hər kəs başa düşür ki, bu görüş Rusiya-Ukrayna müharibəsinin daha da dərinləşməsinin qarşısını almaq məqsədi daşıyır. Yaxud da tərəflər danışıq xatirinə danışıqlara qatılırlar".
Z.Məmmədov əlavə edib ki, Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunması üçün ilk növbədə ABŞ prezidenti ilə Rusiya rəhbəri görüşməlidir:
"Eyni zamanda Ukrayna prezidenti ilə Kreml rəhbəri arasında təmas olmalıdır. Hələlik bununla bağlı gündəlikdə heç nə yoxdur. Tramp və Putin arasında Çində sentyabr ayında görüş gözlənilir. Ancaq sentyabra da ay yarım zaman var. Tərəflər də liderlərin görüşünə çalışırlar. Bunun üçün proqram olmalıdır. Hazırda Rusiya və Ukraynanın mövqeyi kəskin şəkildə fərqlənir. Moskva birmənalı tələb edir ki, Kiyev və beynəlxalq ictimaiyyət nəinki Krımın, üstəlik, bu gün rus ordusunun nəzarətində olan 4 vilayəti də "Rusiya ərazisi" kimi tanımalıdır. Həmçinin, Ukrayna ordusunda hərbçilərin sayının azaldılmasını tələb edir. Əlbəttə ki, Ukrayna bu tələblərin heç biri ilə razılaşmır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət