“Kadırov polku” da Ukrayna sərhədlərinə yeridildi
11:03 13.02.2022
Dünya
497
Rusiya Milli Qvardiyasının ("Rosqvardiya") Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan 141-ci əlahiddə mexanikləşdirilmiş polku Ukrayna sərhədlərinə yeridilib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, polkun hərbi texnikasının Ukrayna sərhədləri istiqamətində hərəkətini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bu kadrları Rusiyanın Belqorod vilayətinin sakinləri çəkiblər.
"Kadırov polku" formal olaraq "Rosqvardiya"nın tərkibində olsa da əslində Çeçenistan rəhbəri Ramzan Kadırova tabedir. Yayılmış kadrlardan görünür ki, Ukrayna sərhədlərinin cəmi bir neçə kilometrliyində polkun BTR-80 zirehli transportyorlarından, "Tiqr" və "Ural-VV" zirehli avtomobillərindən, habelə digər texnikasından ibarət böyük kalon hərəkət edir. Texnikanın "Kadırov polku"na aid olduğunu onların üzərindəki identifikasiya nömrəsindən müəyyən etmək mümkün olub.
Bildirilir ki, həmin kalonu daha sonra Valuyki rayonunda da görüblər, amma bu dəfə texnikanın üzərindəki identifikasiya nömrələri örtülüb. Valuyki rayonu Ukraynanın cəmi 10 kilometrliyində yerləşir, sakinlər həmin rayonda 50-dən çox texnikadan ibarət hərbi kalonun videokadrlarını çəkiblər.
"Kadırov polku"nun Ukrayna sərhədlərinə göndərilmək üçün Çeçenistandan yola çıxdığını göstərən kadrlar isə sosial şəbəkələrdə hələ bir neçə gün əvvəl yayılıb. Həmin kadrlar Qroznıda çəkilib və bəlli olur ki, polk öz bazasını tərk edərək tam təchizatla yola çıxır.
Xatırladaq ki, Qərb ölkələrinin kəşfiyyatı, o cümlədən ABŞ prezident Cozef Bayden Rusiyanın fevralın 15-dən 16-na keçən gecə Ukrayna üzərinə hücuma keçəcəyi haqda xəbərdarlıq ediblər. Gözlənilən müharibə ilə bağlı xarici ölkə səfirlikləri Kiyevdən öz əməkdaşlarını təxliyə edir, bir çox ölkələr, o cümlədən ABŞ, İsrail və Avropa ölkələri Ukraynadakı vətəndaşlarını "istənilən yolla, mümkün qədər tez" bu ölkəni tərk etməyə çağırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol