Koronavirus bəlası: Körpə də anasının yanında dəfn edildi - FOTOLAR
12:58 03.04.2020
Dünya
1770
Son gələn xəbərə görə, Türkiyənin Kocaeli şəhərində koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanada həyatını itirən Betül Aydının (39), vaxtından əvvəl dünyaya gətirdiyi körpəsi də həyatını itirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, həyat yoldaşını və körpəsini itirən və evdə xəstəlikdən sonra müalicəsini davam etdirən ağrılı ata Rəcəb Aydın, "Həyat yoldaşım üçün cənazə namazı qalınmadı. Halallıq edilmədi. Sənin haqqın halaldır" dedi.
Qeyd edək ki, Kartepe rayonunda yaşayan Betül və Rəcəb Aydın cütlüyünün koronavirus testləri müsbət çıxmışdı. Onlar dərhal xəstəxanada müalicə altına alınıb.
Xroniki bronxit xəstəliyi olan Betül Aydın körpəsini keysəriyyə yolu ilə dünyaya gətirib. Körpə İstanbuldakı xüsusi bir xəstəxanada müalicə altına alınıb, burada bir inkubatora salınıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, bazar ertəsi günü Betül Aydın vəfat edib və torpağa tapşırılıb.
Erkən doğuş səbəbi ilə xəstəlikləri olan körpə də dünən müalicə olunduğu xəstəxanada vəfat edib. Körpə də eyni qəbiristanlıqda anasının yanında dəfn olunub.
Xəstəliyi məğlub edərək evdə karantində olan Rəcəb Aydın sosial media hesabında paylaşıb edib.
Həyat yoldaşının ölümündən bir gün sonra Rəcəb Aydın, "Həyat yoldaşım üçün cənazə namazı qılınmadı. Halalıq olmadı, çünki korona imkan vermədi. Buna görə indi hamıdan halallıq haqqı istəyirəm..." deyə yazıb.
Aydın ailəsindən təxminən 20 nəfərin ev karantinində olduğunu ifadə edən məhəllə müdiri Turan Yıldız, "2 gün əvvəl mərhumun anasını itirdik. Bu gün uşağı itirdik, xilas edə bilmədilər. Ailənin başçısına can sağlığı arzulayıram. Heç kim – nə atası, nə də ailəsi gəlmədi. Hamısı karantindədir. Aramızda icma yaratdıq və dəfn etdik. Allah hamıya səbr versin. Atası və ailəsindən 2 övladı karantindədir. Ata da daxil olmaqla 20 nəfərlik bir karantin var.
Qonşuları karantində deyil, yalnız ailənin yaşadığı evlər karantindədir. Ümid edirəm ki, onları xilas edəcəyik" deyə bildirib.
Digər tərəfdən, ehtiyat tədbirləri üçün karantinə alınan ata Rəcəb Aydın və ailəsinin bütün ehtiyacları Dərbənd Jandarma Komandirliyi qrupları tərəfindən qarşılanır.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTİLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm