Kreml Dehli ilə İslamabad arasında balans yarada biləcəkmi? - ŞƏRH
Fidan Həmişəyeva
10:53 07.04.2021
Dünya
527
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftə həm Hindistana, həm də Pakistana səfər edib. Moskva Hindistanla əlaqələrə əhəmiyyət verir. Hər iki tərəf bunu strateji əlaqələr kimi dəyərləndirirlər. Lavrovun Hindistana səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı məsələləri də müzakirə edilib. Rusiya ənənəvi olaraq Hindistanın əsas silah tədarükçüsü sayılır.
Lavrov hindistanlı həmkarı Subramaniam Cayşankarla birgə mətbuat konfransında Rusiyanln Hindistana satacacağı hərbi avanadanlıqlara toxunub. Hindistan Rusiyadan hərbi helikopterlər alacaq. “Hərbi-texniki əməkdaşlığın inkişafına dair qətiyyətimizi təsdiqlədik” – deyən Lavrov hökumətlərarası komissiyanın fəaliyyətini davam etdirdiyini bildirib. Bundan başqa Lavrov Hindistan ərazisində Rusiya hərbi texnikasının əlavə istehsalı perspektivləri müzakirə olunduğunu da vurğulayıb. Söhbət Hindistanda Rusiyanın qırıcı təyyarələrinin və raketlərin hazırlanmasından gedir. İki ölkə arasında ən bəyük sövdələşmə isə Hindistanın Rusiyadan almaq istədiyi S-400 raket sistemləridir. Halbuki, bu sövdələşmə Vaşinqtonda narahatlıq doğurur və ABŞ əlindən gələni edir ki, Dehli Moskvadan S-400 raketlərini almasın.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Rusiya-Hindistan strateji əlaqələrinə Çin də təsir edir:
“Çin-Hindistan münasibətləri illərdir gərgindir. Rusiya isə ikisi arasında strateji seçim etmək istəmir, hər iki ölkə ilə əlaqələrini genişləndirməyə çalışır. Ancaq bu siyasətin çətinlikləri var. Sergey Lavrov “Hindustan Times” qəzetinin əməkdaşının sualına cavab olaraq deyib ki, Moskva Çinlə Hindistan arasında dialoqun tərəfdarıdır. Lavrov Dehliyə xoş gəlsin deyə başqa açıqlama da verib: “Rusiya-Çin münasibətləri hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur” ”.
Analitik qeyd edib ki, Lavrovun Hindistandan sonra Pakistana iki günlük səfərə getməsi Dehlidə müəyyən suallar doğurub:
“Məsələ burasındadır ki, Hindistanın Pakistanla münasibətlərində də gərginlik var.
Sergey Lavrov sonuncu dəfə Pakistana 9 il əvvəl – 2012-ci ildə səfər edib. Bu səfərə baxmayaraq, Moskva Pakistanla Ukrayna arasında hərbi əməkdaşlıqdan narahatdır. Pakistanın baş qəragah rəisinin bu ayın sonunda Ukraynaya səfəri planlaşdırılır. İki ölkə arasında hərbi texnikanın birgə istehsalı da nəzərdə tutulur.
Beləliklə, Moskva bir-biri ilə gərgin münasibətləri olan dövlətlərlə sıx əlaqələrə çalışır. Çin, Hindistan və Pakistan Rusiya ilə əlaqələri genişləndirməyə hazırdılar. Ancaq adı çəkilən dövlətlər Rusiya ilə rəqib olan dövlətlərlə də əməkdaşlıqdan imtina etmək istəmirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm