Livanla bağlı mövzular İran məsələsindən tamamilə ayrı tutulmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri Yusef Raci "Le Figaro" qəzetinə müsahibəsində bildirib.
O, ABŞ və İran arasında müzakirə edilən saziş layihəsinə toxunaraq, Livanın suverenliyinin qorunmasının vacibliyini vurğulayıb:
"Livanla bağlı mövzular İran məsələsindən tamamilə ayrı tutulmalıdır. Biz heç bir dövlətin bizim əvəzimizə danışıqlar aparmasına və ya adımızdan hər hansı bir razılaşmaya imza atmasına icazə verməyəcəyik. Çünki bu addım birbaşa ölkəmizin maraqlarına ziyan vuracaq".