Avropa İttifaqı (Aİ) bəyan edib ki, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasına icazə verilməməsi Macarıstan Baş naziri Peter Madyara baha başa gələ bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.
Peter Madyarın Aİ ilə müvafiq danışıqların başlanmasına Macarıstan adından icazə verməsi üçün Ukraynaya 11 şərtinin olduğu bildirilir. Bura Ukraynanın Zakarpatiya bölgəsində yaşayan etnik macarların hüquqlarının tanınması kimi şərt də daxildir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamaq məsələsini mümkün qədər tez - iyun ayında keçiriləcək Aİ liderlərinin sammiti ilə həll etməyi planlaşdırır. Bəzi rəsmilər qərarın gələn həftə verilə biləcəyinə inanırlar, amma digər “Politico” mənbələri bu planı “həddindən artıq optimist” adlandırıblar.
Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bundan əvvəl Ukrayna ilə ilk danışıqlar fəslinin iyunda açılacağını bəyan etmişdi.