Meksikada daşqınlar: ölənlərin sayı 37-yə çatdı

Meksikada güclü yağış, daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Meksika Prezidenti Klaudiya Şeynbaum hazırda təbii fəlakətlə mübarizədə beş mindən çox hərbçi və xilasedicilərin iştirak etdiyini açıqlayıb.