“Hazırda nüvə təlimləri keçirən Rusiya bu resurslarından Ukraynaya qarşı istifadə etməyə cəsarət edərsə, nəticələr Moskva üçün dağıdıcı olacaq”.
Teleqraf xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rutte deyib.
“Onlar bilirlər ki, əgər bu baş verərsə, reaksiya dağıdıcı olacaq”, - Rutte vurğulayıb.
NATO baş katibi Rusiyanı diqqətlə izlədiklərini də bildirib: “Baş verənləri izləyirik”.
Mark Rutte həmçinin vurğulayıb ki, ABŞ nüvə müdafiəsinin təmin edilməsində Avropanı dəstəkləməyə davam edəcək.