NATO təyyarələri Rusiya sərhədində

Böyük Britaniya, ABŞ və NATO təyyarələri Rusiya sərhədi yaxınlığında birgə patrul uçuşu həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu həftə Böyük Britaniyaya məxsus iki təyyarə ABŞ və NATO qüvvələri ilə birgə Rusiya sərhədi boyunca patrul uçuşu həyata keçirib.

Uçuş 12 saat davam edib.

Qeyd edilib ki, patrul missiyası son dövrlərdə NATO hava məkanına pilotsuz uçuş aparatları və təyyarələrin icazəsiz daxilolmaları ilə bağlı artan narahatlıqlar fonunda baş tutub.