İsrail Müdafiə Qüvvələri Livanın cənubunda hərbi əməliyyatları genişləndirir və strateji əraziləri nəzarətə götürür.
APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələləri üzrə kabinetin iclasında bildirib.
“Göstərişimə uyğun olaraq Livandakı əməliyyatı genişləndiririk. İsrail ordusu ərazidə böyük qüvvələrlə fəaliyyət göstərir və strateji bölgələri ələ keçirir. İsrailin şimalındakı yaşayış məntəqələrini qorumaq üçün təhlükəsizlik zonasını gücləndiririk”, - Netanyahu deyib.