Özbəkistan Prezidenti Paşinyanı təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ermənistan Baş nazir Nikol Paşinyana “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik məktubu göndərib.

Teleqraf xəbər verir ki, Özbəkistan lideri məktubunda Ermənistan-Azərbaycan sülh prosesinə də diqqət çəkib.

“Hörmətli Nikol Vovayeviç, Ermənistan Respublikasında keçirilən növbəti parlament seçkilərində rəhbərlik etdiyiniz “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Seçkilərin nəticələri Ermənistan xalqının daxili və xarici siyasətinizə, o cümlədən Cənubi Qafqazda sülh və rifahın təmin edilməsi səylərinizə yüksək etimadının praktik təsdiqidir. Əminəm ki, birgə səylərimiz nəticəsində gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da genişləndirə biləcəyik. Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli dövlət fəaliyyətinizdə böyük uğurlar, dost Ermənistan xalqına isə sülh və rifah arzulayıram”, - Şavkat Mirziyoyev bildirib.