Politoloq: İran Qərblə danışıqlar masasına oturaraq, güzəştə gedilməsinə çalışır
Yusif Nəzərli
11:29 04.01.2025
Dünya
621
“Biz İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazırıq. 2 ildən artıq 5+1 ölkələri ilə xoş niyyətlə danışıqlar apardıq. Nəhayət, bütün dünyanın diplomatiyanın nailiyyəti kimi qəbul etdiyi və alqışladığı razılığa gələ bildik.”
Bu sözləri İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “CCTV China” telekanalına verdiyi müsahibəsində deyib.
Əraqçi İranın hələ də nüvə proqramı ilə bağlı təxirə salınmadan konstruktiv danışıqlara getməyə hazır olduğunu deyib.
“Avropa ölkələri ilə danışıqların bir raundu keçirilib. Bu danışıqların ikinci raundu təyin olunub və yaxın iki həftə ərzində üç Avropa ölkəsi ilə də keçiriləcək.”, - deyə o bildirib.
Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a bildirir ki, İranın son dövrlərə qədər strategiyası proksi qüvvələr vasitəsilə özünə qarşı təhdidləri sərhədlərdən uzaqda neytrallaşdırmaqdan ibarət idi:
"İsrailin keçirdiyi hərbi əməliyyatlar nəticəsində Hizbullaha böyük zərbə dəyib. Eyni zamanda Əsədi dəstəkləyən İranın bu istiqamətdə də uduzmasının şahidi olduq. Çünki Əsəd devrildi və İranın Hizbullahla əlaqələri kəsildi. İndi isə Suriyada Birləşmiş Ştatlar və Türkiyə daha çox hakim rolunda çıxış edirlər.. Bu da İranın maraqlarına birbaşa zərər verir. Həmçinin hökumət hesab edir ki, bundan sonra İran üçün daha ciddi problemlər yarana bilər. Ona görə ki, təhdidlər artıq dövlətin sərhədləri yaxınlığında hiss edilir. Üstəlik, iqtisadi və sosial problemlər də kifayət qədər yüksəkdir. Bu isə İranın daxilində də ciddi şəkildə etiraz dalğasının yaranma ehtimalını gücləndirir".
Politoloq vurğulayır ki, İran Qərblə danışıqlar masasına oturaraq müəyyən güzəştlərə gedilməsinə çalışır:
"Hətta düşünür ki, nüvə proqramı ilə bağlı danışıqlara gedərsə, o zaman xüsusilə Donald Tramp administrasiyasının İrana qarşı sanksiyalar istiqamətində və hərbi əməliyyatlar haqqında planlarında dəyişikliklər ola bilər. Beləliklə də daxildə sosial-iqtisadi vəziyyətin də qismən yüngülləşməsinə və gözlənilən etiraz dalğasının qarşısının alınmasına nail olmaq istəyirlər. Birləşmiş Ştatların yeni hökumətinin İrana qarşı yürüdəcəyi siyasət Tehran üçün qeyri-müəyyəndir. Görünən odeu ki, Trampın İrana ciddi təzyiqlər edəcəyi ehtimalı çox yüksəkdir".".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə