Amma otellər endirimlər də təklif edir
Rusiyada Statistika Xidməti may ayı üzrə istehlak qiymətləri indeksini açıqlayıb.
Sherg.az xəbər verir ki, məlumata görə, ən çox bahalaşan xidmət Qara dəniz sahilində istirahət olub -qiymətlər aprel ayı ilə müqayisədə təxminən 40% artıb.
Mütəxəssislər bildirirlər ki, bu artım əsasən mövsüm amili ilə bağlıdır: aprel ayı aşağı sezon, may isə artıq yüksək turizm mövsümünün başlanğıcıdır. May bayramları da qiymətlərin yüksəlməsinə təsir göstərib.
Rusiya Turizm Operatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti Dmitri Qorin bildirib ki, ümumi daxili turizm artımı bu il təxminən 4% səviyyəsindədir və ötən illə müqayisədə daha zəifdir. Onun sözlərinə görə, tələbatın zəifləməsi qiymətlərin kəskin artmasının qarşısını alıb.
Ekspert həmçinin qeyd edib ki, xüsusilə Soçidə otellər və kirayə obyektləri hazırda “misilsiz sayda endirimlər” təklif edir. Buna səbəb kimi tələbatın azalması və bəzi regionlarda logistik çətinliklər göstərilir.