
Qərb, xüsusilə də Fransa Ermənistanı özünün müstəmləkəsinə çevirmək istəyir -ANALİZ
12:55 20.06.2024
Dünya
486
Ermənistan üçün yeganə Avropayönlü seçim Türkiyədir”.
Bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib.
“İnteqrasiya məkanından fiziki baxımdan uzaq olan istənilən ölkə Avropa Birliyinə inteqrasiya edə bilməz. Bunu əvvəlki illərin təcrübəsi göstərir. Ermənistan üçün yeganə Avropa seçimi Türkiyə ola bilər. Bu, qonşu ölkədir və yeri gəlmişkən, AB-yə üzvlüyə namizəddir. Əgər bir neçə il əvvəl olsaydı, mən Türkiyə ilə əlaqələrin istənilən perspektivini istisna edərdim, lakin indi bunu deyə bilmirəm. Ona görə ki biz İrəvanın mövqeyinin necə kəskin dəyişdiyini görürük. Yəni tamamilə ağlasığmaz olan şey indi reallığa çevrilib. Qarabağdan imtina ölkədə heç bir silkələnmə yaratmadı. Ona görə də mən istisna etmirəm ki, avrointeqrasiya Türkiyə ilə münasibətlərin bərpası anlamına gələcək və bəlkə də daha çoxu olacaq”, – Lukyanov bildirib.
F. Lukyanovun fikirlərinə münasibət bildirən Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "Sherg.az"a vurğulayıb ki, Rusiya Ermənistanın Amerika Birləşmiş Ştatları və Qərbə yaxınlaşmasından ciddi şəkildə narahatdır:
“Ona görə də Rusiya siyasi dairələri və Kremlə yaxın olan politoloqlar Ermənistanı sözügedən məsələ ilə bağlı ciddi şəkildə tənqid edirlər. Ancaq önəmli məsələ ondan ibarətdir ki, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə inteqrasiya etmə şansı sıfıra bərabərdir. Rusiyanı narahat edən tamamilə fərqli məsələdir. Ermənistan Qərbə iqtisadi və siyasi cəhətdən inteqrasiya olunmasa belə, rəsmi İrəvanın ərazisi Rusiyaya qarşı istifadə edilən hərbi poliqona çevrilə bilər. Amerika, Fransa və bəzi Qərb ölkələri Ermənistanın ərazisində bazalarının yaradılmasında maraqlıdırlar. Həmin hərbi bazaların Ermənistan üzərindən Cənubi Qafqazda yerləşdirilməsi Rusiyanın regiondakı maraqlarına zərbə vurardı. Yəni Rusiyanı narahat edən əsas məsələ də bundan ibarətdir. Qərbdə hesab edirlər ki, Ermənistan Avropa Birliyinə üzvlük üçün müraciət etməlidir və Aİ tərəfindən həmin müraciət qəbul olunmalıdır. Amma Ermənistan üçün Aİ-nın qapılarının nə vaxtsa açılması qətiyyən mümkün deyil. Sadəcə olaraq Qərb Ermənistanı Avropa Birliyinə üzvlüyə namizəd etməklə ömürlük öz təsir dairəsinə salmaq niyyətindədir. Ermənistan Aİ-na üzv olmaq üçün namizədliyini alacağı dəqdirdə rəsmi İrəvan ABŞ və Qərbin bütün sifarişlərini dərhal yerinə yetirmək məcburiyyətində qalacaq”.

Ekspert qeyd edib ki, Ermənistanın xilasının Qərbə inteqrasiyada olmadığını onlar anlamalıdırlar:
“Qərb, xüsusilə də Fransa Ermənistanı özünün yeni müstəmləkəsinə çevirmək istəyir. Yəni rəsmi Parisin dəstək çağırışları və oyunlarının arxasında Ermənistanı Fransanın yeni müstəmləkəsinə çevirmək niyyətləri gizlənir. Əgər Erməmistan Rusiyanın nəzarətindən çıxarsa, Fransanın müstəmləkəsinə çevriləcək. Ona görə də Ermənistan üçün yalnız iki xilas yolu mövcuddur. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırıb, qarşılıqlı iqtisadi-ticari əlaqələri yoluna qoymaq Ermənistanın gələcək taleyini xilas edə bilər. Rəsmi İrəvan və Paşinyan hakimiyyəti bu varianta üstünlük verməkdən çəkinir. Halbuki zaman keçdikcə Ermənistan daha çox vaxt itirir. Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq Ermənistanım dövlətçiliyinin xilas olmasında xüsusi rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya