Qəribə əməliyyat: ABŞ Panamaya 15 milyon milçək ötürür
09:47 21.06.2024
Dünya
436
Bu milçəklər bütün canlılar üzərində 250-500 yumurta qoymaq “qabiliyyəti”nə malikdir. Yumurtalar dərinin alt qatlarına nüfuz edir və orada yetişirlər. Onlara “Yeni Dünya Vida Qurdu” adı verilib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, bu milçəklər insanların da, heyvanların da ölümünə səbəb ola bilir. Amerika Birləşmiş Ştatlarının başı da bu milçəklərlə böyük bəladadır. Buna görə də ABŞ hər həftə 14.7 milyon milçəyi qonşu Panamaya ötürür. Bu qəribə əməliyyatın olduqca ilginc səbəbləri var. ABŞ “Yeni Dünya Vida Qurdu” – “New World Screwworm” adlanan təhlükəli parazitlə mücadilə edir. Başı bu canlılarla böyük bəlada olan ABŞ çarəni milçəkləri qonşu Panamaya “ixrac” etməkdə görür. Bu əməliyyat ABŞ hökumətinə 15 milyon dollara başa gəlir. Milçəklərin buraxdığı yumurtalar dəri altında qalaraq qanla bəslənir və toxumalara ciddi zərər verir. Hətta insanların, mal-qaranın, ətinə nüfuz etdikləri digər heyvanların ölümünə də səbəb olurlar. Bir dişi milçək yaşadığı müddətdə 3 minə qədər yumurta qoyur və 200 kilometr məsafə uçur. Bu zərərli parazitlərdən xilas olmaq üçün ABŞ hökuməti onların qısırlaşdırılaraq təbiətə buraxılması metodundan istifadə edir. Maraqlıdır ki, 1950-ci illərdə Edvard F.Kniplingin tədqiqatları nəticəsində milçəklərin müəyyən bir mühitdə radiasiya ilə qısırlaşdırılaraq çoxalmalarının qarşısının alına biləcəyi kəşf edilib. Məhz bu kəşf bu gün ABŞ tərəfindən zərərli milçəklərə qarşı aparılan əməliyyatın təməlini təşkil edir. Məhz bu üsulla milçəklər qısırlaşdırılır və qonşu Panama-Kolumbiya sərhədinə ötürülür. Panamanın Pacora şəhərindəki bir fabrikdə həftədə 20 milyon milçək yetişdirilir. Bu milçəklər sonra xüsusi otaqlarda radiasiya yoluyla qısırlaşdırılır və təkrar təbiətə buraxılır. Nəticədə milçəklər yumurta qoya bilmir və çoxalmırlar. Mal-qara da onlardan xilas olur, insanlar da.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya