Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin Əl-Məvasi rayonunda polis postuna hücum nəticəsində 5 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, hücum baş verən an ərazidə çoxlu sayda insan olub.
Fələstin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, həyatını itirənlər arasında hadisə vaxtı təsadüfən yaxınlıqda olan mülki şəxslər də var.
Hadisə nəticəsində, həmçinin 12 nəfər ağır yaralanıb. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir. Yaralılar dərhal Küveyt və Nasser xəstəxanalarına təxliyə ediliblər.