Qlobal gərginlik artır! - “ABŞ Çinin “qırmızı xətti”ni keçə bilər”
Yusif Nəzərli
11:20 30.08.2022
Dünya
694
Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Lyu Penyuy mediaya açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları Tayvana silah satışını dayandırmalıdır. Çin rəsmisinin sözlərinə görə, Vaşinqtonun Tayvanla hərbi sahədə istənilən təması “Vahid Çin” prinsipinə ziddir. Qeyd edək ki, “Vahid Çin” prinsipinə əsaslanan rəsmi Pekin Tayvandakı qurumun mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.
L.Penyuyun açıqlamasını “Sherg.az”a şərh edən analitik Turab Rzayev bildirib ki, bu rəsmi Pekinin ənənəvi xəbərdarlıqlarından biridir:
“Çin adətən Tayvanla hər hansı iqtisadi-siyasi əlaqəsi olan ölkələrə vaxtaşırı belə xəbərdarlıqlar edir. O, digər ölkələrin Tayvanla siyasi,hərbi əməkdaşlığına,ittifaqa çox qısqanc yanaşır. Hətta hansısa ölkənin Tayvanda səfirliyi fəaliyyət göstərərsə, həmin ölkə ilə bütün diplomatik münasibətləri dayandırır. Digər tərəfdən Ağ Ev Tayvanın əsas silah ixracatçılarından biridir. ABŞ bir çox silahları Tayvana hədiyyə olaraq verir. İstənilən halda ABŞ Tayvana silah satışını dayandırmayacaq”.
Siyasi şərhçi diqqətə çatdırıb ki,indiki məqamda Çinin belə bir bəyanat səsləndirməsi onun ABŞ –la münasibətlərini daha da gərginləşdirəcək:
“ABŞ son dövrlərdə Çini özü üçün ciddi rəqib hesab etmədiyindən rəsmi Pekinin belə bir xəbərdarlığına da məhəl qoymayacaq. Ən son Nensi Pelosinin Tayvana səfəri də bütün dünyaya göstərdi ki, ABŞ Çinin “qırmızı xətti”ni keçə bilər. Çinin Ağ Evə qarşı hansısa bir qəti addım atmaq imkanı yoxdur”.
T.Rzayev diqqətə çatdırıb ki, son dönəmlər ABŞ Tayvanda hərbi müttəfiqlərinin gücünü artırmaqla məşğuldur:
“Hətta yaxınlarda Tayvanla Yaponiya arasında görüş keçirilib hərbi sahədə müqavilələr imzalanıb. Ondan öncə isə Koreya ilə Tayvan arasında münasibətlər formalaşdırılıb, müəyyən sənədlər imzalanıb. İstənilən halda ABŞ Tayvana qarşı yeni bir hərbi blok formalaşdırır. Ona görə də Çinin belə açıqlamalarına Ağ Evdən adekvat cavab gözləmək olmur” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm