Rəsmi Kiyev: Avropa hökumətləri ilə ukraynalıların geri qaytarılması üzərində işləyirik

Ukrayna və Avropa ölkələri ukraynalıların evlərinə qaytarılması proqramı üzərində işləyirlər.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Natalya Naumenko deyib:

"Bu gün bir çox avropalı siyasətçilərlə danışıqlar aparırıq və ukraynalıların ölkələrinə geri qayıtması yollarını araşdırırıq. Vətəndaşlarımızı geri qaytarmağı bizim üçün vacibdir" - deyə, o bildirib.

Ukrayna müstəqillik əldə etdikdən sonra ciddi demoqrafik problemlər yaşayır. Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun hesablamalarına görə, hazırda Kiyevin nəzarətində olan ərazilərdə 25-28 milyon insan yaşayır.

Qurumun direktoru əvvəllər bəyan etmişdi ki, respublika 52 milyona yaxın insanın yaşadığı sovet səviyyəsinə qayıtmayacaq.