ABŞ və İran arasında müharibənin dayandırılmasını nəzərdə tutan memorandum bazar günü İsveçrənin Cenevrə şəhərində imzalana bilər.
“Reuters“in mənbəyə istinadən xəbərinə görə, memorandumun mətni yekunlaşdırılır.
Bildirilib ki, İran razılaşmanın yalnız Körfəz regionunu yox, Livanı da əhatə etməsində israrlıdır.
Qeyd olunub ki, tərəflər ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın razılaşmanı imzalaması üçün sənədin mətnini şənbə gününədək yekunlaşdırmağa çalışırlar.