Rusiyadan Ukraynaya MESAJ: “Saatının əqrəblərini Moskva ilə tutuşdursun”
Yusif Nəzərli
12:45 22.11.2021
Dünya
681
“Ukraynanın Türkiyə istehsalı olan “Bayraktar”lardan istifadə edərək separatçılara zərbələr endirməsi Kremlin soyumuş qəzəblərini alovlandırdı”
“Hazırda Moskva Kiyevə yenidən dərs vermək planları üzərində işləyir deyə bilərik”
“Birinci versiya budur ki, Rusiya NATO-nun əsəblərini test etmək və Qərbi zəif tərəf kimi göstərmək istəyir”
“Məncə, müharibə versiyası Kremlin “B” planına daxildir.Yəni “A” planını işə salmaq üçün “B” planının müqəddiməsi təqdim edilir”
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Military Times” nəşrinə müsahibə verib. O, sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiyanın 2022-ci ilin yanvar ayının sonlarında və fevral ayının əvvəlində Ukraynaya hücum edə biləcəyini deyib. K.Budanovun sözlərinə görə artilleriya və zirehli texnika ilə hücum Odessa və Mariupola desant basqısı ilə davam edəcək:
“Belarus sərhədindən də kiçik qüvvə ilə hücum olacaq. Bu hücum 14 minə yaxın ukraynalının həyatına son qoymuş 2014-cü ildəki münaqişə ilə müqayisədə daha dağıdıcı olacaq”.
Baş Kəşfiyyat İdarəsinin rəisi hücumun Ukraynada sabitliyi pozmaq və ölkənin mübarizə qabiliyyətini zəiflətmək üçün psixoloji əməliyyatlarla müşahidə olunacağını bildirib . K.Budanov ABŞ və Ukrayna kəşfiyyatlarının Rusiyanın hücuma keçəcəyi müddətlə bağlı proqnozlarının oxşar olduğunu qeyd edib.
Bu ölkələr arasındakı gərginliyin şiddətlənməsini “Sherg.az”a şərh edən analitik Aqşin Kərimov qeyd edib ki, Ukrayna sərhədlərinə 90 minlik ordu kontingenti, müxtəlif çaplı silahlar, zirehli texnikalar cəmləşdirən Rusiyanın planlarını təxmin etmək bir qədər çətindir:
“Çünki bundan əvvəl də Rusiya analoji addım atmışdı və daha sonra qoşunlarını geri çəkmişdi. O vaxt Moskva ilə Qərb arasında qısa müddətlik də olsa, razılaşma əldə edilmişdi. Ancaq yaxınlarda Ukraynanın Türkiyə istehsalı olan “Bayraktar”lardan istifadə edərək separatçılara zərbələr endirməsi Kremlin soyumuş qəzəblərini alovlandırdı.Hazırada Moskva Kiyevə yenidən dərs vermək planları üzərində işləyir deyə bilərik”.
Analitik hesab edir ki, Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməsi gedişatın perspektivinə dair iki versiyanı önə çıxarır:
“Birinci versiya budur ki, Rusiya NATO-nun əsəblərini test etmək və Qərbi zəif tərəf kimi göstərmək istəyir. Bununla da Ukraynaya mesaj verir ki, ən çətin zamanında sənin arxanda Qərb dayanmayacaq və buna görə də saat əqrəblərini Moskva ilə tutuşdurmalısan. Bu versiyadan gələcəyimiz nəticə odur ki, Kreml hibrid müharibə ilə Kiyevi şantaj edir. İkinci versiya isə müharibə ssenarisidir. Məncə, müharibə versiyası Kremlin “B” planına daxildir.Yəni “A” planını işə salmaq üçün “B” planının müqəddiməsi təqdim edilir. Hələlik isə rəsmi açıqlamalarda Rusiyanın müharibəyə hazırlaşdığı bildirilir, Kiyevin də, Qərbin də ortaq məxrəci budur: Rusiya yanvar-fevral aylarında müharibəyə başlayacaq”.
Aqşin Kərimov Rusiyanın Ukrayna ərazisindən keçərək Avropaya çıxan qazını əlində "kozır" tuta biləcəyini diqqətə çatdırıb. Analitik sonda Rusiyanın qaz təchizatını dayandırdığı halda Avropanın böyük qismində qaz problemi yaranacağını və bu zaman onların Kiyevə dəstəyinin yalnız sözdə olacağını əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya