Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İraq ərazisindən buraxılan üç pilotsuz uçuş aparatını məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat yayıb.
Onun sözlərinə görə, pilotsuz aparatların hamısı 17 may tarixində zərərsizləşdirilib.
Türki əl-Maliki bildirib ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi uyğun vaxtda cavab vermək hüququnu özündə saxlayır.
“Krallığın suverenliyi və vətəndaşlarının təhlükəsizliyinə qarşı istənilən cəhdin qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcək”, - açıqlamada qeyd olunub.