
Tehran anlayır ki, Makronun mövqeyi dünya siyasi gündəmində mühüm trend yarada bilməz -RƏY
09:56 09.01.2025
Dünya
477
İran Xarici İşlər Nazirliyi Tehranın nüvə proqramı sahəsində Avropa ölkələri ilə danışıqların yeni mərhələsinə başlamazdan əvvəl Parisi qeyri-konstruktiv yanaşmasına yenidən baxmağa çağırıb. Çünki bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Tehranın uranın zənginləşdirilməsinə dair səylərinin geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşdığını,Tehrana qarşı sanksiyaların bərpasının nəzərdən keçirilməli olduğunu demişdi.
İran XİN-in sözçüsü İsmayıl Bəqayi "X" hesabında yazıb ki, nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edən və İsrailin nüvə silahı əldə etməsində böyük rol oynayan bir hökumətin həqiqətə uyğun olmayan iddiaları aldadıcı və proyektivdir.
Bəqayinin fikirlərini "Sherg.az"a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, İranın nüvə proqramı ilə bağlı danışıqların keçirilməsi olduqca vacibdir və bu, mütləq reallaşdırılmalıdır:

"Hazırda görürük ki, müəyyən qüvvələr Yaxın Şərqdə gərginlikləri artıraraq yeni münaqişə ocağı yaratmağa çalışırlar. Ekspertlər hesab edirlər ki, Suriyadakı hadisələrdən sonra növbə İrana çata bilər. Çox güman ki, İrana qarşı kollektiv ya da koalisiya formasında hərbi və ya iqtisadi təzyiqlər tətbiq ediləcək. Bu, hələ ehtimal olsa da, vəziyyətdən çıxış yolları mövcuddur. ABŞ Prezidenti Cozef Baydenin bəyanatları da diqqət çəkir. Son günlər Bayden İrana qarşı yeni addımlar atıla biləcəyini vurğulayır. Bununla yanaşı, ABŞ prezidentinin belə açıqlamaları, Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə, onun işini çətinləşdirmək məqsədini də daşıya bilər. Müşahidilərə görə İran hazırkı vəziyyətdə kompromisə getməyə hazırdır. Hesab edirəm ki, Tramp hakimiyyətə gəldikdən sonra İranla bağlı siyasətini daha sistemli şəkildə müəyyənləşdirməlidir. Fransanın mövqeyinə gəldikdə isə, bu ölkənin xarici siyasəti hazırda qeyri-müəyyən və ziddiyyətlidir. Rəsmi Parisin zaman-zaman müxtəlif məsələlərdə fərqli mövqelər sərgiləməsi müşahidə olunur. Məsələn, Makronun İsrail ilə bağlı silah embarqosu çağırışı və daha sonra bu mövqeni dəyişməsi, həmçinin Ukrayna məsələsinə qeyri-sabit yanaşma onun siyasətinin zəif və qeyri-sabit olduğunu göstərir".
Ekspert hesab edir ki, siyasətçilərin ciddiliyi və konkretliyi onların vizit kartı rolunu oynayır:
"Bir siyasətçi bu gün dediyi sözü sabah inkar edirsə, onun nüfuzu ciddi şəkildə zərər görür. Belə hallarda həmin siyasətçiyə olan inam azalır, populyarlıq reytinqləri isə sürətlə aşağı düşür. Nəticədə hər kəs anlayır ki, bu cür insanlar ciddi və etibarlı deyillər. Hazırda dünya siyasi prosesləri ilə bağlı yaranan narazılıqların səbəblərindən biri də budur. Böyük dövlətlərin rəhbərləri çox vaxt məsuliyyətsiz və qeyri-etik yanaşmalar nümayiş etdirir, yanlış qərarlar qəbul edərək uğursuz manevrlər həyata keçirirlər.
Emmanuel Makronu nümunə olaraq götürsək, o, tipik uğursuz siyasətçi obrazını təmsil edir. Biz bilirik ki, Makron dəfələrlə lazımsız manevrlər edib, öz sözlərini inkar edib və nəticədə etibarlılığını itirib. Belə böyük, nüfuzlu bir ölkənin prezidentinin bu qədər qeyri-ciddi və qeyri-adekvat olması çox təəssüf doğurur. İran rəhbərliyi də Fransa rəhbərinin bu xüsusiyyətlərini nəzərə alaraq onunla bağlı öz mövqeyini formalaşdırıb. Rəsmi Tehran anlayır ki, Makron etibarlı bir lider deyil və onun mövqeyi dünya siyasi gündəmində mühüm trend yarada bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya