
Tehranla Vaşinqton arasında gərginlik: Hətta İran ərazisinə zərbələrin endirilməsi də mümkündür
13:52 06.01.2025
Dünya
516
İran heç kimlə döyüşmək iqtidarında deyil. Bunun Suriya üçün real müsbət nəticələri oldu.
Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken “Faynənşl Tayms”a müsahibəsində deyib.
O əlavə edib ki, əsas məsələ mövcud vəziyyəti müsbət və davamlı nəticəyə çevirmək və Tramp administrasiyasına estafeti öz üzərinə götürə bilməsi üçün mümkün qədər çox yardım göstərməkdir.
Politoloq İlyas Hüseynov "Sherg.az"a deyib ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken öz müsahibə, davranış və səfərlərində estafeti Donald Tramp administrasiyasına ötürmək üçün bütün imkanları səfərbər etdiyini dilə gətirir:

"İran ilə ABŞ arasında olan münasibətlər çox gərgindir. Bir tərəfdən Tehran-Vaşinqton, digər tərəfdən isə İran-İsrail münasibətlərinə təsiri səbəbindən belə bir mövqe formalaşıb. Həmçinin Donald Trampın ABŞ-da 45-ci Prezidentlik dönəmində elə ilk atdığı addımlardan biri İranın nüvə ilə bağlı tədqiqatlar müstəvisində birtərəfli qaydada bu razılaşmalardan çıxması olub. İndi də Tehrana qarşı çox sərt siyasət yürüdülə bilər. Bu, Trampın davranışlarına xas qənaətlərdir. Hətta İran ərazisinə zərbələrin endirilməsi də mümkündür. Ona görə də bu dövlətin ətrafında beynəlxalq vəziyyət gərgin olaraq qalır. 2024-cü ildə İran və İsrail arasında olan gərginliyi və bir-birinin ərazilərinə roket atmalarını da yaxşı xatırlayırıq. Eyni zamanda Donald Trampın yeni Prezidentliyi dövründə də İsrailə hərtərəfli dəstək göstəriləcək. Həmçinin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri kontekstində bunu izləyə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə