Tehran nüvə məsələsində ABŞ-ın tələblərinə əməl edərsə, Vaşinqton administrasiyası İranla aktivlərinin dondurulmasının ləğvini müzakirə edə bilər.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
"Sanksiyalar nüvə proqramı səbəbilə tətbiq edilib. Beləliklə, əgər onlar nüvə sahəsində tələblərimizə, yəni uranın zənginləşdirilməsinin dayandırılmasına, zənginləşdirilmiş uran ehtiyatlarının ləğv edilməsinə əməl etsələr, düşünürəm ki, dondurulmuş aktivləri müzakirə etmək üçün şərait olacaq" - Rubio deyib.