Tramp ABŞ Milli Kəşfiyyatının yeni direktorunun adını açıqladı

ABŞ Prezidenti Donald Tramp Tulsi Qabbardın istefasından sonra Milli Kəşfiyyat İdarəsinin yeni direktorunun adını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bununla bağlı özünün sosial şəbəkə hesabında yazıb:

"Təəssüf ki, Tulsi Qabbard uzun müddət işlədikdən sonra 30 iyunda vəzifəsindən istefa verəcək. Onun gözəl əri Abrahama bu yaxınlarda nadir sümük xərçəngi növü diaqnozu qoyuldu. Qabbar haqlı olaraq çətin bir mübarizə aparan ərinin yanında olmaq istəyir. Şübhə etmirəm ki, onun əri tezliklə özünü əvvəlkindən daha yaxşı hiss edəcək. Tulsi inanılmaz bir iş görüb və biz onun üçün darıxacağıq. Onun hörmətli birinci müavini Aaron Lukas Milli Kəşfiyyat Direktoru vəzifəsini icra edəcək".