Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb

ABŞ Prezidenti Donald Tramp Qiymətli Kağızlar və Birja Komissiyasının sabiq rəhbəri Cey Kleytonun Milli Kəşfiyyat direktoru postuna namizədliyini irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.

"Çox hörmətli Cey Kleytonun - ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının sabiq sədrinin, dünyanın ən tanınmış və hörmətli hüquq kontoru olan "Sullivan & Cromwell"in keçmiş rəhbərinin və Nyu-York ştatının Cənub dairəsi üzrə hazırkı federal prokurorunun ABŞ Milli Kəşfiyyatının direktoru postuna və ən əsası, mənim kabinetimin tərkibinə daxil edilməsi üçün namizədliyinin irəli sürüldüyünü bildirməkdən məmnunam", - Tramp qeyd edib.

O, ABŞ Senatını Kleytonun namizədliyini mümkün qədər tez təsdiqləməyə çağırıb.

Milli Kəşfiyyat direktoru rəsmi olaraq 18 Amerika kəşfiyyat orqanının fəaliyyətinin əlaqələndiricisi hesab olunur.