Tramp komandası ilə qapalı İrana mümkün hərbi ssenariləri müzakirə edib

“Axios” portalının yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp İranla danışıqların nəticəsiz qalmasından narazı olduğu üçün Tehrana qarşı yeni zərbələr endirməyə meyllənib.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp administrasiya üzvləri ilə keçirdiyi qapalı iclasda danışıqların gedişi və mümkün hərbi ssenariləri müzakirə edib.

Məlumata əsasən, Tramp əvvəlcə diplomatiyaya daha bir şans vermək istəsə də, son günlər mövqeyini sərtləşdirib və İranla danışıqlarda son anda irəliləyiş əldə olunmasa, yeni hücum əmri verə bilər. "Axios" yazır ki, ABŞ lideri “həlledici hərbi əməliyyat” variantını da nəzərdən keçirir.