Tramp müsahibəni yarımçıq dayandırdı

ABŞ Prezidenti Donald Tramp daxili siyasətlə bağlı suallara sərt reaksiya göstərərək "NBC News" telekanalına verdiyi müsahibəni vaxtından əvvəl başa vurub.

Sherg.az xəbər verir ki, müsahibə zamanı Tramp Kaliforniyada keçirilən qubernatorluq ilkin seçkilərinin nəticələrinin gec açıqlanmasını tənqid edib və seçkilərdə saxtakarlıq olduğunu iddia edib. O, 2020-ci il prezident seçkiləri ilə bağlı əvvəlki fikirlərini də təkrarlayaraq, eyni vəziyyətin hazırda Kaliforniyada yaşandığını bildirib.

Jurnalistin seçki saxtakarlığı ilə bağlı sübut tələb etməsi tərəflər arasında gərgin mübahisəyə səbəb olub. Tramp seçki rəsmilərini və bəzi media qurumlarını sərt şəkildə tənqid edib.

Daha sonra aparıcı ilə ABŞ Ədliyyə Nazirliyinin rəhbər vəzifəsini icra edən Todd Blanche barədə müzakirə zamanı da fikir ayrılığı yaranıb. Bunun ardından Tramp müsahibəni dayandıraraq çəkiliş meydançasını tərk edib.