Tramp Tiktoka qayıtdı: Gənclər, mənə borclusunuz! – Video

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Di Vens 2024-cü il seçkilərindən sonra ilk dəfə Tiktokda yenidən aktiv olublar.
Axar.az xəbər verir ki, Tramp paylaşdığı videoda deyib.
“Ey Tiktokdakı gənclər, mən Tiktoku xilas etdim, buna görə siz mənə borclusunuz! Bir gün sizlərdən biri də bu kabinetdə oturacaq və möhtəşəm işlər görəcək”, - o bildirib.
Vens isə qayıdışını bu sözlərlə elan edib:
“Son aylarda Tiktokdan uzaq qalaraq öz vəzifəmə fokuslandım. Buradan Ağ Evdən yenilikləri paylaşacağam!”
Qeyd edək ki, sentyabrın 25-də ABŞ Prezidenti Donald Tramp Tiktoka nəzarətin Amerika korporasiyalarına verilməsi haqqında sərəncam imzalayıb.
Tramp “Foks Nyus”a müsahibəsində milyarderlər Larri Ellison, Maykl Dell və Merdok ailəsinin sövdələşmədə iştirak etdiklərini demişdi.

Telegram Widget
Tramp "TikTok"a qayıtdı

ABŞ Prezidenti Donald Tramp 2024-cü il seçkilərində qələbəsindən sonra ilk dəfə "TikTok"da video paylaşaraq gənclərə müraciət edib:

"Mən "TikTok"u xilas etdim, indi siz mənə borclusunuz. Bir gün sizdən biri Oval Kabinetdə oturacaq."

Vitse-prezident Cey Di Vens də hesabını bərpa etdiyini bildirib və son aylarda "TikTok"dan uzaq qaldığını, əsas diqqətini vəzifəsinə yönəltdiyini qeyd edib.
😁2👎1